"AMEA prezidenti sovet elm-təhsil sistemini ideallaşdırmağa çalışır. "Şimal küləyi" gücləndikcə isə, o, bu barədə artıq çəkinmədən danışır"

“Cənab Prezident bir daha müraciət edirəm ki, nə qədər gec deyil, Fizika İnstitutunu Məmmədov - Ələkbərov - Abdinov üçlüyünün əsarətindən xilas edin!"

Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) keçirilən son seçkilərdən narazı qalan alim - fizika-riyaziyyat elmləri doktoru, AMEA Fizika İnstitutunda laboratoriya rəhbəri Elman Şahverdiyev mübarizəsini davam etdirir. O, bununla bağlı ölkə rəhbərliyinə bir neçə dəfə müraciət edib. E.Şahverdiyev Prezidentə məktublarında seçkilərdə baş verən pozuntular, kimlərin təyinatla AMEA üzvü olmasını açıqlayıb, dövlət başçısından nəticələri ləğv etməyi xahiş edib.

[caption id="attachment_87199" align="alignleft" width="202"]

Elman Şahverdiyev[/caption]

Elman Şahverdiyev, AMEA-ya keçirilən seçkilərin nəticələrinin qeyri-obyektiv olduğunu əsaslandırmaqla yanaşı, “AzPolitika.info”da Akademiyada baş verən qanunsuzluqlarla bağlı bir neçə məqalə ilə də çıxış edib. Elə saytımız vasitəsilə Prezidentə ünvanladığı

“Cənab Prezident!

Bu yaxınlarda 2014-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında AMEA üzvlüyünə keçirilən seçkilərdən də danışan prezident Akif Əlizadə "istər hüquqi, istərsə də texniki baxımdan seçkilərin müasir tələblərə uyğun aparıldığını, seçki prosesinin şəffaflığının təmin edilməsi və seçki komissiyalarının işinin təkmilləşdirilməsi istiqamətində bir sıra innovativ tədbirlərin görüldüyünü" qeyd edib. AMEA rəhbəri səsvermənin nəticələrinin kadr potensialının güclənməsi, xüsusilə son dövrlər müşahidə olunan elmdə qocalma tendensiyasının aradan qalxması və gələcəkdə kadrların gəncləşməsində mühüm rol oynayacağına əminliyini ifadə edib.

Faklar isə tam əksini deyir! AMEA prezidenti yaxşı bilir ki, seçki yox, siyahı əsasında təyinatlar olub. Əgər seçki olubsa, AMEA prezidentindən soruşmaq istəyirəm ki, o, əlində administrasiyadan alınmış siyahı ilə niyə bölmələrdəki seçki komissiyalarını narahat edirdi: “Əsas yerlərə bunlar, əlavə yerlərə isə bunlar”. Onun həqiqəti deməyə cəsarəti çatmırsa, heç olmasa ictimaiyyəti, o cümlədən elmi cəmiyyəti ələ salmasın! Axı o gözəl bilir ki, orda olanlar səhəri gün bütün akademiyada danışılır! Özü də tək narazı qalanlar yox, hətta razı qalanlar da danışır!!! Kifayətdir ki, təyinolunmalardan sonrakı günlər-aylar mətbuatı izləyəsiniz! Mən hələ saysız-hesabsız kuryozlar barəsində yazmaq istəmirəm”.

“83 yaşlı AMEA prezidenti yeni bir sirr bilir: ahıllaşma vasitəsi ilə gəncləşdirmə!”

Daha sonra Elman Şahverdiyev AMEA-nın yeni üzvlərinin yaşı haqqında məlumat verir: “Yaş məsələsinə gəlincə, faktlara müraciət etmək istəyirəm. Fizika üzrə 3 akademik, 7 müxbir üzv təyin olunub: Onlar aşagıdakılardır:

1) İsmət Nəjəfov (82 yaş) 2)

Bahadur Tağıyev (81 yaş)

3)Təyyar Cəfərov (76 yaş)

4) Cavad Abdinov (75 yaş)

5) Rauf Hüseynov (75 yaş)

6) İskəndər Cəfərov (75 yaş- bu yaxınlarda dünyasını dəyişdi)

7) Övsət Abdinov (71 yaş)

8) Aydın Kazımzadə (65 yaş)

9) Nazım Məmmədov (62 yaş)

10) Ənvər Nəhmədov (57 yaş).

Başqa bölmələrdə də analoji vəziyyətdir! İndi oxucular özləri nəticə çıxarsın: bu təyinolunmalar akademiyanı gəncləşdirirmi! Bəlkə 83 yaşlı AMEA prezidenti yeni bir sirr bilir: ahıllaşma vasitəsi ilə gəncləşdirmə! Bu yerdə Məşədi İbad yada düşür: “Nə qədər, nə qədər qoca olsam da...” Qeyd etmək istəyirəm ki, təyin olunmuşlar arasında ikili vətəndaşlığı olanlar da var ki, bu da ölkə Konstitusiyasına birbaşa ziddir.

Prinsipal olaraq belə məsələlərdə yaş senzinin əleyhinəyəm. Amma təyin olunmuşlara verilən aylıq ömürlük fantastik (AMEA üçün) məbləğlər ona gorə ödənılır ki, bu insanlar elmi yeni biliklərlə, yeni nailiyyətlərlə zənginləşdirsinlər. Görünən odur ki, bu qeyri–mümkün məsələdir, çünki bu təyinolunmuşların əvvəlki tərcümeyi halı bunu deməyə əsas verir.

Yenə də faktlara müracət edirəm:

- fizika üzrə təyin olunmuş üç həqiqi üzvün işlərinə cəmi sitatlar tək mənimkindən 2 dəfə azdır;

- 7 təyin edilmış müxbir üzvün cəmi sitatları mənimkindən azdır.

Yeri gələndə AMEA prezidenti beynəlxalq əməkdaşlıqdan ağız dolusu danışır. Əgər o bu ifadələrində səmimidirsə, niyə belnəlxalq aləmdə qəbul olunmuş elmi nailiyyətlərin qiymətləndirilməsini qəbul etmir! Onsuz da biz istəsək də, istəməsək də, bizi də o meyarlarla dəyərləndirirlər. Bunu birdəfəlik qəbul etmək lazımdır!

Nə qədər acı da olsa, etiraf etmək lazımdır ki, məqalələrin sayına görə (əhali nisbəti da nəzərə alınmaqla ) Azərbaycan Ermənistandan 7-8 dəfə, məqalələrə olan sitatların sayına görə isə 15-16 dəfə geridə qalır. Bir məqaləyə olan orta sitatların sayına görə isə Azərbaycan 238 ölkə və ərazi qurumları arasında 234-cü yerdədir; bu nəticə keçən il daha pis idi. Bəlkə bu “irəliləməni” nəzərdə tutan AMEA prezidenti yaxınlarda elmdə “canlanmalardan” danışırdı? Təsəvvür edin, bu prezident dərin bir quyunun dibindən 1 millimetr yuxarı qalxmanı necə detektə edib. Heç düşünməzdim ki, bizdə belə həssas detektorlar var!”

“AMEA prezidenti sovet elm-təhsil sistemini ideallaşdırmağa çalışır”

[caption id="attachment_87165" align="alignleft" width="300"]

Akif Əlizadə[/caption]

Daha sonra Elman Şahverdiyev AMEA prezidenti Akif Əlizadəyə qarşı bəzi ittihamlar irəli sürüb:

“Cənab Prezident!

Bu gün AMEA rəhbərliyində (prezident, vitselər, bölmə akademik katibləri, AMEA akademik katibi və sair) bir nəfər tapmazsınız ki, işlərinə sitatların sayı ən konservativ data bazası olan SCOPUS-da 200-ə yaxın gəlsin. Bax elə bu səbəblərdən SCOPUS-la, Tomson Reuters-lə aparılan danışıqlar dalana dirənib. Bu da guya reforma olunmuş AMEA rəhbərliyinin yeni təfəkkürü! Güzgünü gizlədirlər ki, elmdə əsil vəziyyəti, özlərinin əslində nəyə qadir olduqlarını heç kim görməsin!!! Əvvəlki prezidentin dövründə heç olmasa müəyyən fasilələrlə də olsa, bu data bazalarına girış mümkün idi. Əvvəlki müraciətlərimdə də qeyd etdiyim kimi, AMEA prezidenti sovet elm-təhsil sistemini ideallaşdırmağa çalışır. Şimal küləyi gücləndikcə isə, o, bu barədə artıq çəkinmədən danışır. Əgər belədirsə, niyə o sistem qərb elm sisteminin verdiyi texnoloji üstünlüyün altında məhv oldu. Həkimə müraciət edəndə, şimala üz tutursunuz, yoxsa qərbə?

Sözümün canı odur ki, elmi qəsdən-bilərəkdən siyasıləşdırmək lazım deyil. Mənim fikrimcə qərb təhsil-elm sistemi elə mentalitet baxımından da simal təhsil-elm sistemindən bizə daha yaxındır. Akif Əlizadə, sizin isə şəxsı seçiminizi ictimaiyyətə sıramağa heç lüzum da yoxdur. Birdəki, sovet sisteminin məzunu olub, elmə nə gətirmisiniz? Yoxsa elə bilirsiniz ki, sonsuz illər administrativ vəzifələrdə olmaq sizə böyük alim statusu vermışdır? Sizin elmə gətirdiyiniz sitatların sayı, qərbdə aspiranturada oxuyan 2-ci-3-cü kurs tələbəsininkindən belə azdır! Bircə faktı qeyd etmək istəyirəm: Sovet təhsil sistemi vaxtı dünya fənn olimpiadalarında qalıb olan neçə azərbaycanlının adına rast gəlmək olar? Mən bilən heç bir! Bəs indi: onlarla! Səbəbi budur ki, həmin şagirdlərin demək olar ki, hamısı qərb yönümlü təhsil sistemi verən liseylərdə oxuyublar!”

“Bağıra-bağıra deyirdi ki, sən sıfır səs yığmışdın, amma səni akademik təyin elədilər!”

[caption id="attachment_87186" align="alignleft" width="200"]

Cavad Abdinov[/caption]

Daha sonra Elman Şahverdiyev AMEA prezidentini ədalətsizlikdə ittiham edir, onu istefaya çağırır. Eyni zamanda 28 il məqalələr dərc etdirməyən Rauf Hüseynovun illərdir ölkədə yaşamadığı halda AMEA-ya üzv təyin olunduğunu bildirir: “Çünki söz sahibi olan bir rektorun dostudur! Amma bu təyinat tək ona görə baş verməyib! Eləsini mükafatlandırırlar ki, toplumun əsas hissəsindən olmasın!!!”

Elman Şahverdiyev həmçinin AMEA-nın yeni üzvləri olan Cavad və Övsət Abdinovlar barəsində bəzi ittihamlar irəli sürür: “Akif Əlizadə, görəsən 75 yaşlı Cavad Abdinov hansı haqla həqiqi üzv təyin olunub? Axı onun işlərinə olan sitatların sayı konservativ data bazasında sıfır səviyyəsindədir!...

Layiq olmadığı halda təyin olunmuşlardan biri də Övsət Abdinovdur. O, CERN-dəki çoxminlik müəlliflər kollektivnin bir üzvi kimi fəaliyyətindən əvvəl öz nəticələrinə görə orta statistik namizəddən heç nə ilə fərqlənməmişdir, əksinə çoxlarından gerı qalırdı. CERN-dəki Proyektdən sonra bir dəfə EİF, iki dəfə isə AMEA Rəyasət Heyəti onun rəhbərlik etdiyi layihələrə yüz minlərlə qrantlar ayırmışdır. Görəsən GRİD seqmenti adlandırılan sistemdən indiyə qədər bir kimsə real şəkildə yararlanıbmı?...

Akif Əlizadə, bu necə seçkidir ki, 4 səs toplayan Nazim Məmmədov 28 səslə (31 səsdən) müxbir üzv təyin olunur? Bu yaxınlarda bu faktı ona direktor kabinetində bildirəndə saymazyana dedi ki, nə olsun ki, heç o 4 səs də olmayanda nə olacaqdı ki?! Dəqiqdir ki, o direktorun kabinetində gizli çəkiliş aparır. Aylar öncə öz büsbütün mənfi imicinə guya bir müsbət çalar vurmaq üçün Nazim Məmmədov kabinetində kiminsə doktorluq dissertasiyasının elmi şuradan buraxılması müqabilində ona rüşvət təklif edildiyini, amma onun bundan qəti imtina etdiyini İnstitut səviyyəsində ictimailəşdırmışdi. Qoy cürəti çatırsa indi də hansı etirafda bulunduğunu da açıqlasın! Nazim Məmmədov çox gözəl bilir ki, “seçki” günü təyinatlar kimin neçə səs yığmasından asılı olmayaraq siyahı üzrə həyata keçirilir. Hələ 2001-ci ildə həqiqi üzv təyin olunmuş bir alimə Oktay Ələkbərov (Fatma Abdullazadənin həyat yoldaşı) 2003-cü ildə bağıra-bağıra deyirdi ki, sən sıfır səs yığmışdın, amma səni akademik təyin elədilər! Yeri gəlmışkən, İnstitutda müşahidə kameralarının monitorinq mərkəzi O.Ələkbərovun otağında yerləşır”.

“10 milyon manata yaxın pul neçə xərcləndı...”

[caption id="attachment_87189" align="alignleft" width="300"]

Nazim Məmmədov[/caption]

Daha sonra Elman Şahverdiyev AMEA Fizika İnstitutunun direktoru Nazim Məmmədova qarşı bəzi ittihamlar irəli sürür:

“Nazim Məmmədovun Fizika İnstitutunun rəhbərliyinə gətirilməsindən sonra xaricdə dərc olunan məqalələrin sayı 30 faiz azalıb. Goy əlaqədar qurumlar aydınlaşdırsın ki, şəxsən Nazim Məmmədovun adının keçdiyi proyektlərə ayrılan 10 milyon manata yaxın pul neçə xərcləndı ki, Fizika İnstitutu bu kökə düşdü! Yuxarıda qeyd olunan təyin olunmuşların bir-ikisi istisna olunmaqla, qalanı ilbəil ölkənin elm fondları tərəfindən böyük məbləğlərlə maliyyələşdırılıb. Bəs hanı görülən işlər, alınan nəticələr! Bu konteksdə belə yüksək korelyasiya haqlı olaraq böyük şübhələrə əsas verir.

Direktor Nazım Məmmədov işi-peşəsini buraxıb işləyənlərə mane olmaq xəttini seçib. O, elmi şurada və başqa yerlərdə şit-şit, yersiz zarafatları ilə insanların heysiyyatı ilə oynayır, hədələməklə məşğul olur, insanları daima təxribata çəkir, yanında hərlədiyi 3 müavini və həmkarlar ittifaqını isə “şahidlərim” adlandırır. O ittifaq ki, insanlarin maaşlarından ora 1,5 faiz köçürülür ki, onların hüquqlarını müdafiə etsin. Əvəzində isə bu ittifaq rəhbərliyin əlavəsinə çevrilib. Görəsən yığılan pullar (il ərzində ən azı 60-70 min manat) hara xərclənir?!...”

“Fatma Abdullazadə öz səlahiyyətlərini həyat yoldaşı Oktay Ələkbərova həvalə edıb”

[caption id="attachment_87192" align="alignleft" width="240"]

Fatma Adbullazadə[/caption]

Müraciətində Elman Şahverdiyev Prezident Administrasiyanın humanitar siyasət söbəsinin rəhbəri Fatma Adbullazadənin həyat yoldaşı Oktay Ələkbərov barədə də ittihamlar rəli sürür: “Akif Əlizadə, hansı ağlı başında olan adam yalnız iki il qabaq doktorluq dissertasiyasını müdafiə etmış (ilkin müdafiənı isə - Almaniyadan Skype vasitəsi ilə!), illərdir ayağı ölkəyə dəyməyən Ənvər Nəhmədova səs verər?! Bu adamda məsuliyyətsizliyin həddinə baxın ki, 20 ildən artıq xaricdə işləməsinə baxmayaraq, elmə yalnız 50 sitat gətirir və özünü müxbir üzv təyin etdirir! Nədi-nədi, bu “almaniyalı alim” Fatma Abdullazadənin həyat yoldaşı Oktay Ələkbərova son illər məqalələr yazır, yazmaqdadır və yazacaqdır! Bundan əlavə, bu səbəbə görə EİF-dən ayrılan milyonlarla qrantların mənimsənilməsinin leqallaşdırılması istiqamətində çalışır! Onun işlərinə SCOPUS-da olan sitatların sayı mənimkindən 11 dəfə azdır!...

Elman Şahverdiyev AMEA-ya keçirilən təyinatların Akademiyanın bütün bölmələrində sayca ikinci gücə malik yeni bir toplumun meydana çıxmasına səbəb olduğunu bildirir. Şərti olaraq "Şimal-Qərb Alyansı" adlandırdığı bu toplumun elm adamlarını şıxışdırdığını iddia edir: "Belə süni dəstənin yaradılması ölkənin ən böyük toplumunun qəsdən sıxışdırılması hesabına həyata keçirilir!

Seçim üçün bircə meyar olmalıdır: elmə gətirilən sitatların sayı! Kimin hansı qütbdən olmasını əsas götürmək bu millətin maqarlarına zidd olan yanaşmadır! Başqa sözlə, bu təyinatlar ümummilli maraqlara yox, marginal maraqlara xidmət edir".

Elman Şahverdiyev daha sonra Fatma Abdullazadəni öz vəzifəsini yerinə yetirməməkdə ittiham edir: "Fatma Abdullazadə 20 ildən artıqdır ki, elmə, təhsilə, səhiyyəyə, mədəniyyətə, TQDK-ya, Ali Attestasiya Komissiyasına, Elmin İnkişafı fonduna və s. kuratorluq edir. Bu sahələrin hər birindəki bərbad vəziyyət isə göz qabağındadır. Son illər isə sanki Fatma Abdullazadə öz səlahiyyətlərini AMEA Fizika İnstitutunda çalışan Oktay Ələkbərova həvalə etmışdır. Özü elmlər namizədi olan bu şəxs bu statusuna görə İnstitutun bütün işlərinə qarışır, kimin akademiyaya təyin olunması, kimə qrant verilməsi, kimin direktor olması, kimin elmi şuraya, dissertasiya şuralarına üzv olması, lazım gələndə aspirantların elmi rəhbərlərinin münasib adamla əvəzlənməsi, kimin dissertasiyasının və nə vaxt təsdiq olunması və ya olunmaması, bölmə və AMEA Rəyasət Heyətinin iclaslarının gündəliyinin formalaşması və s. məsələləri həll edir, Azərbaycan elminin prioritet istiqamətlərini müəyyən edir. Daha doğrusu öz yazarlarının məşğul olduğu sahələri “prioritet” istiqamət qəbul etdirib ki, sabah istəmədikləri adamların qrant almağına, akademiyaya üzvlüyünə və s. “qanunu əsaslarla” mane olsunlar. Görəsən ona bu səlahiyyətləri kim vermişdir?! Belə çıxır ki, kimlərsə artıq 20 ildən yuxarı mühüm vəzifədə işləməkdən yorulub, ona görə də öz səlahiyyətlərini yaxın adamına transfer edib...”

Elman Şahverdiyev müraciətləri ilə bağlı Fizika İnstitutunun direktoru N.Məmmədov tərəfindən sıxışdırıldığını bildirir. Bu haqda saytımızda dərc olunan

Arif Həşımov[/caption]

Elman Şahverdiyev akademik Arif Həşimovun “Azenerji” nəzdində Energetika İnstitutuna direktor təyin edilməsinin də təəccüblü olduğunu bildirir: “Son aylar baza fizika təhsili olmayan Arif Həşımovun 2002-2009-cü illərdə Fizika İnstitutuna rəhbərlik etməsi, doktorluq dissertasiyası olmadan avtoreferat əsasında müdafiə etməsi, 2007-ci ildə isə SCOPUS da sıfır səviyyəsində sitatları olmasına baxmayaraq, doktorluqdan birbaşa akademik təyin olunması haqqında yazmışdım. Bu yaxınlarda həmin pensiya yaşlı Arif Həşimov “Azərenerji” nəzdində Energetika İnstitutuna direktor təyin edilmişdır! Doğrudan da ölkədə deyəsən kadr qıtlığıdır, əgər özünü kompremitə etmış birini o vəzifədən o birisınə təyin edirlərsə! Daha doğrusu, bəlli dəstələrin açıq və gizli üzvlərinə vəzifələr verilib, kənardakılara olmaz deyə, rotasiyanın ümidinə qalıblar!

Qeyd edim ki, Arif Həşimovu şəxsı maraqları əsasında təqib edən şəxs Fatma Abdullazadənın həyat yoldaşı Oktay Ələkbərovdur. Təqibin əsas səbəbı o idi ki, Arif Həşimov özu dominant dəstənin üzvü olduğundan o, Oktay Ələkbərovun İnstituta gələn maliyyə axınına, EİF-in, AMEA Rəyasət Heyətinin, Neft Şirkətinin Elm Fondunun, bəzi müştərək beynəlxalq qurumların ayıracağı qrantlara şəriksız “nəzarət” edə bilməyəcəkdi. Doğrudan da, indi Nazim Məmmədovun direktorluğu dövründə Oktay Ələkbərov hüdudsuz hakimiyyət sahibidir. Amma eyni zamanda onu da demək lazımdır ki, Oktay Ələkbərovun əndazədən çıxmasının elə birincı səbəbkarı A.Həşimovun özü olmuşdu. Ona elmlər namizədi olmasına baxmayaraq, laboratoriya yaratdı, direktor kabinetinə istədiyi vaxt girişini təmin etdi, əsas məsləhət yeri etdi və s.”

Elman Şahverdiyev Prezidentdən AMEA-ya keçirilən son seçkilərin nəticələrini ləğv etməyi xahiş edir:“Cənab Prezident! Bir daha müraciət edirəm ki, AMEA-da elm adına qara ləkə olan son seçkilərin nəticələrini ləğv edəsiniz, yenisini keçirəsiniz. Əlbəttə, daha obyektiv olardı ki, AMEA-da bu sahədə əvvəlki onilliklər ərzində keçirilən seçkilərin də təyinatlar əsasında baş verdiyini nəzərə alaraq daha dərin dəyişikliklər olsun. Fizika İnstitutunu indiki yarıtmaz, elmi işçilər üçün ciddi təhlükə mənbəyi olan rəhbərliyindən xilas edəsiniz.

Seçkilərin AMEA Nizamnaməsinə zidd keçirilməsinin, saxtalaşdırılmasının qarşısını ala bilmədiyinə görə Prezident Administrasiyasının humanitar siyasət söbəsinin rəhbəri Fatma Adbullazadəni və AMEA Prezidenti Akif Əlizadəni İSTEFA-ya çağırıram. Eyni səbəblərdən AMEA vitse-prezidenti Akif Hacıyevi də İSTEFA-ya çağırıram”.

P.S. Yazıda adları keçən şəxslərin, o cümlədən AMEA prezidentinin və Fizika İnstitutunun rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.