"Charlie Hebdo" terrorunun xüsusi xidmət orqanları tərəfindən planlı şəkildə təşkil olunması ilə bağlı iddiaları gücləndirəcək açıqlama bu dəfə Fransadan gəldi.
Fransanın ultra sağ “Milli Cəbhə” partiyasının rəhbəri Jan-Mari Le Pen “Charlie Hebdo” jurnalının əməkdaşlarına qarşı bu yaxınlarda törədilmiş terror aktının arxasında xüsusi xidmət orqanlarının dayana biləcəyindən şübhələndiyini bildirib. AzPolitika.info-nun məlumatına görə, bu barədə "The Independent" qəzeti yazır.

Onun sözlərinə görə, terror aktının iştirakçılarından birinin hadisə yerindən qaçan zaman öz pasportunu avtomobilin içərisində qoyması, 2011-ci ildə Nyu-Yorkdakı təyyarəni qaçıran terrorçulardan birinin şəxsiyyət vəsiqəsinin küçədən tapılması faktı ilə çox oxşardır.


Şərhlər