Menu

Doğu Perinçəkin Türkiyəni tərk etmək qadağası ləğv edilib

19.01.2015, 20:38
Doğu Perinçəkin Türkiyəni tərk etmək qadağası ləğv edilib

Türkiyənin İşçi Partiyasının lideri və Tələt Paşa komitəsinin qurucu koordinatoru Doğu Perinçəkin ölkə hüdudlarını tərk etmək qadağası ləğv edilib.

Bu barədə APA-ya D. Perinçəkin vəkili, İşçi Partiyası sədrinin müavini Məhmət Cengiz məlumat verib.

Qadağanın ləğvi qərarının Ali Məhkəmənin bu gün axşam qəbul etdiyini deyən vəkil Məhmət Cengiz əlavə edib edib ki, Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının yanvarın 28-də keçiriləcək iclasında D. Perinçək də iştirak edəcək.

APA-ya daxil olan məlumata görə, Böyük Palatanın iclasında iştirak etməyə gedəcək olan vəkillər heyəti artıq hazırlıqlarını tamamlayıb. D. Perinçək və vəkillər heyəti yanvarın 27-də Strasburqa yola düşəcək.

Qeyd edək ki, “Ergenekon” adı verilən prosesdə 6 il həbsdə qalandan sonra D. Perinçək keçən ilin yanvarında həbsdən çıxsa da, onun xaricə çıxması yasaq edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol