Menu

UKRAYNA PARTİZANLARI RUSİYA GENERALINI ÖLDÜRDÜ - FOTO

20.01.2015, 14:34
UKRAYNA PARTİZANLARI RUSİYA GENERALINI ÖLDÜRDÜ - FOTO

Özlərini “Kölgələr” adlandıran ukraynalı partizanlar Donetskdə Rusiya Silahlı Qüvvələrinin general-mayor rütbəli hərbçisini qətlə yetiriblər. AzPolitika.info Ukrayna KİV-lərinə istinadla bu barədə xəbər verir.

Məlumata görə, partizanlar Donetsk ətrafında bir dəstə rus hərbçisinə pusqu qurublar, onların arasında RF Silahlı Qüvvələrinin general-mayoru, operativ qüvvələrin komandirlərindən biri Pavlov Pyotr Qennadiyeviç də olub. Ukraynalı döyüşçü Aleksandr Qladko Feysbukda yazır ki, general onun öldürülməməsi qarşılığına 1 milyon dollar təklif edib. Lakin o, qısa dindirmədən sonra güllələnib.

Ukrayna saytları generalın cəsədinin fotosunu da məlumata əlavə ediblər.

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol