Yaponiya düçar olduğu müharibəylə əlaqədar istisadi sıxıntı, böhran içində olan Ukraynaya daha 300 milyon dollar həcmində istisadi yardım göstərmək barədə qərar verib.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu məbləğin 16,6 milyonu ölkənin şərq regionlarının bərpası üçün nəzərdə tutulub. Yaponiyanın xarici işlər naziri Fumio Kisida bu barədə Brüsseldə rəsmi səfərdə olarkən mediaya məlumat verib.
Qeyd edək ki, bundan əvvəl Yaponiya rəsmi Kiyevə 1,52 milyard dollar həcmində yardım göstərəcəyini bəyan etmişdi. Bu maliyyə yardımı paketi barədə Yaponiyanın baş naziri Sindzo Abe sentyabrın 25-də BMT Baş Assambleyasında çıxışı zamanı bildirmişdi.


Şərhlər