Menu

"Economist Intelligence Unit": Avropanı siyasi zəlzələ gözləyir

20.01.2015, 20:13
"Economist Intelligence Unit": Avropanı siyasi zəlzələ gözləyir

2015-ci ildə Avropanı siyasi zəlzələlər gözləyə bilər, Economist Intelligence Unit (EIU) şirkətinin BBC üçün apardığı tədqiqat göstərir.

Araşdırmaya əsasən, populist siyasi partiyaların artan cazibəsinə görə bu partiyalar bəzi seçkilərdə qalib gələ bilərlər. Əsas partiyalar isə bundan əvvəl ağlasığmaz hesab olunan alyanslara girməyə məcbur ola bilərlər.

Avropanın "demokratiya böhranı" elitalarla seçicilər arasındakı boşluqdur, EIU deyir.

EIU əlavə edir ki, "Avropa siyasətinin mərkəzində böyük ideyaların zəbt etməli olduğu yerdə böyük boşluq" mövcuddur.

Seçici fəallığının aşağı olması və ənənəvi partiyalara üzvlərin sayının azalması bunun əsas səbəbləridir, tədqiqatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol