Menu

"Gəzi" cinayətində qərar oxundu, məhkəmə salonu qarışdı - Video

21.01.2015, 16:39
"Gəzi" cinayətində qərar oxundu, məhkəmə salonu qarışdı - Video

Türkiyədə 2013-cü ildə “Gəzi” hadisələrində polis tərəfindən öldürülmüş Əli İsmayıl Qorxmazı öldürməkdə şübhəli bilinənlərin məhkəmə prosesi keçirilib.

Musavat.com-un məlumatına görə, uzun müddətdir ki gözlənilən qərar bu gün oxunub. Əli İsmayıl Qorxmazın ölümü cinayətində polis məmuru Mövlud Saldoğana “Ölümünə səbəb olma” maddəsi ilə 10 il 10 ay həbs cəzası verilib.

Digər polis məmuru Yalçın Akbulut isə 10 il həbs cəzası alıb. Digər 3 müttəhim isə 6 il 8 ay həbs cəzası alıb. Bu qərar açıqlanandan sonra məhkəmə zalı qarışıb.

Qorxmaz ailəsi məhkəmə heyətinə etirazlarını bildirib. Məhkəmə zalından çıxan vəkil və Qorxmaz ailəsinin yaxınları şüarlar səsləndirməyə başlayıb. Polis onların qarşısını almağa çalışdıqda isə qarşıdurma baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol