Menu

"Rus dili ikinci dövlət dili olmayacaq" - Pyotr Poroşenko

22.01.2015, 13:02
"Rus dili ikinci dövlət dili olmayacaq" - Pyotr Poroşenko

Ukrayna prezidenti Pyotr Poroşenko bayram günü münasibətilə xalqa müraciət edərək bildirib ki, ölkə unitar dövlət kimi dəyişməz qalacaq.

Avropa.info xəbər verir ki, Porpşenko rus dilinə ikinci dövlət dili statusu verilməsi iddialarını da rədd edib. Onun sözlərinə görə, əhalinin 100%-i vahid dövlət ideyasını dəstəkləyir. Federal yox, unitar dövlət quruluşunu seçir. Ukrayna dili isə vahid dil olaraq qalacaq.

Poroşenko Ukraynanın Avropa yönlü seçimindən imtina etməyəcəyini deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol