“REUTERS”in Berlindən verdiyi xəbərdə deyilir ki, şəhər polisi İŞİD-lə əlaqədə olduğu ehtimal olunan 2 Almaniya vətəndaşını həbs edib.
Bu barədə cümə axşamı Almaniya polisinə yaxın mənbələrdən agentliyə məlumat daxil olub.
İstintaq idarəsi bildirib ki, hələlik, ortada terror hücumuna hazırlıqla bağlı hər hansı bir sübut yoxdur.
Karlsruhe şəhərindən olan 26 yaşlı Mustafa K və 27 yaşlı Sebastian B. Almaniyanın North Rhine-Westphalia adlanan ərazisində həbs ediliblər.
Agentlik qeyd edir ki, Almaniyanın hakim dairələri Fransada baş vermiş son terror olaylarından çox narahatdırlar.
Ona görə də, mümkün terror hücumlarının qarşısını bəri başdan almaq üçün ciddi təhlükəsizlik tədbirləri həyata keçirirlər. /musavat.com


Şərhlər