Menu

Ukraynada ən yüksək günlük göstərici

22.01.2015, 20:06
Ukraynada ən yüksək günlük göstərici

“Agence France-Presse”in xəbərində deyilir ki, bu gün 9 ay öncə başlamış Ukrayna ordusu ilə Rusiyanın dəstək verdiyi separatçılar arasındakı qarşıdurmada 34 nəfər öldürülüb. Top atəşinə tuş gəlmiş trolleybusda ölənlərin sayı xüsusilə çoxdur. 

Donetskdə 13 nəfər trolleybusa top mərmisinin düşməsi nəticəsində ölüb. Daha sonra müəyyən edilib ki, əslində trolleybusda 12 nəfər ölüb, 1 nəfər isə yaxınlıqdan keçən maşında həyatın itirib. İnsanlar faciə baş vermiş əraziyə axışıblar…

Agentlik qeyd edir ki, bu qırğın Berlində davam edən sülh danışıqları ilə qətiyyət səsləşmir və atəşkəsin pozulması deməkdir. İndiyə kimi bu müharibədə 5 min nəfərdən çox adam ölüb, milyonlarla insan isə yaşadığı ərazidən didərgin düşüb.

Ukrayna radiosunun xəbərinə görə, müharibə zamanı 10 mindən çox insan isə müxtəlif dərəcəli yara alıb.

Bildirilir ki, Donetsk Hava Limanı hər iki tərəf üçün xüsusi önəm daşıyan strateji məntəqədir. Ona görə də Hava Limanı uğrunda qanlı döyüşlər daha intensiv xarakter daşıyır.

“Dünən biz qərara gəldik ki, yeni terminalı tərk edək”, Ukrayna ordusunun mətbuat katibi Vladislav Seleznyov belə deyib və əlavə edib ki, həmin terminal may ayından Ukraynanın nəzarəti altında idi.

Rusiyanın nəzarətində olan televiziyalar insidentə görə rəsmi Kiyevi ittiham edib. Ukrayna isə separatçıları günahkar bilib. Ukrayna baş naziri Arseni Yasenyuk deyib: “Rusiyalı terrorçular bəşəriyyətə qarşı daha bir qanlı cinayətə imza atıb. Bu fəlakətə görə Rusiya Federasiyası cavabdehlik daşıyır”.

Xəbərdə vurğulanır ki, Berlində Rusiya, Ukrayna, Almaniya və Fransa problemin həlli üçün başladıqları görüşü sona çatdırıblar. Ancaq görünən odur ki, problem həllindən danışmaq hələ çox tezdir.

 Ukrayna prezidenti Petro Poroşenko da son çıxışlarında Rusiyanı Ukraynaya yenidən hərbi hissələr yeritməkdə ittiham edib. Bildirib ki, Ukraynada Rusiyaya məxsus 9 min əsgər və 5 yüz ədəd tank var...

 Almaniyan xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib ki, Berlin danışığının əsas uğuru onunla bağlıdır ki, tərəflər Minskdə əldə olunmuş baza prinsipinə sadiq olduqlarını nümayiş etdiriblər, bu isə o deməkdir ki, tərəflər münaqişə zonasından ağır hərbi texnikanı geri çəkməyə hazırdırlar.

A man smokes next to a bombed out house near Donetsk airport in the city of Donetsk, eastern Ukraine Sunday, Nov. 2, 2014. The pro-Russian rebels are holding the elections that were dismissed by Ukraine and the West as illegitimate. (AP Photo/Dmitry Lovetsky)

Müşahidələr göstərir ki, bu o qədər də asan olmayacaq. (musavat.com)

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol