Neft, Səudiyyə Ərəbistanının Kralı Abdullahın ölümünün ardınca yüksəlməyə başlayıb.
Səudiyyə Ərəbistanı, Neft İxrac Edən Ölkələr Birliyində (OPEK) ən böyük istehsalçıdır.
Neft, Səudiyyə Xəbər Agentliyinin kralın vəfat xəbərini verməsinin ardından Nyu-Yorkda 3.1 faizə qədər və Londonda isə 2.6 faizə qədər artım göstərib.
OPEC-in ən iri neft istehsalçısı olan Səudiyyə Ərəbistanı, Noyabr ayında Birliyin neft hasilat kvotasını sabit saxlamaq qərarına rəhbərlik etmişdi. Hasilat kvotasının sabit saxlanılması qərarı, qlobal neft təklifi artıqlığı problemini şiddətləndirərək neft qiymətlərindəki azalmaları dərinləşdirmişdi.
Hazırda Brent nefti 49,5 dollardan alıcı tapır. /"Marja"

Şərhlər