Menu

İrəvanda rus əsgərinin Ermənistana verilməsi tələbi ilə yürüş keçiriləcək

23.01.2015, 12:25
İrəvanda rus əsgərinin Ermənistana verilməsi tələbi ilə yürüş keçiriləcək

Yanvarın 26-da İrəvanda rusiyalı hərbçi Valeri Permyakovun Ermənistana təhvil verilməsi tələbi ilə yürüş keçiriləcək.

APA-nın “Armenia Today”a istinadən verdiyi məlumata görə, yürüş təşkilatçılarının yaydığı bəyanatda Ermənistan hakimiyyəti və Rusiya tərəfindən yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirmiş V. Permyakovun yerli hüquq-mühafizə orqanlarına təhvil verilməsi tələb olunur. Qeyd olunur ki, bu tələb Rusiyanın Ermənistandakı həbri bazası ilə bağlı müqavilənin 4-cü maddəsindən irəli gəlir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol