Menu

Azərbaycan müğənnilərindən dövlət atributuna hörmətsizlik - VİDEO

23.01.2015, 14:02
Azərbaycan müğənnilərindən dövlət atributuna hörmətsizlik - VİDEO

Azərbaycanın dövlət atributu Azərbaycanın efir məkanında təhqir olundu.

Xəzər televiziyasında yayımlanan, müğənnilər Sevil-Sevinc əkiz bacıların“Hər şey daxil” verlişində milli valyutamız cırılıb.

Bacılardan biri mahnı oxuyarkən, digəri operatorun ona verdiyi 1 manatlıq əskinazı əkiz tayına uzadır. Bacının reaksiyası çox qəribə olub. O, manatı alar-almaz cırıq-cırıq edib yerə tullayır. Onun bu hərəkətindən təəccüblənsə də, manatın yerə atılmış hissələrini qaldırmır.

Qeyd edək ki, milli valyutamız olan AZN azərbaycan iqtisadiyyatının, maliyyə sisteminin göstəricisidir. Bayraq, himn, gerb Azərbaycanın siyasi müstəqlliyinin, manat isə bizim iqtisadi müstəqilliyimizin atributudur.

“A24.az”a istinadən həmin videogörünütünü təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol