Menu

Qəbul imtahanlarının vaxtı açıqlandı

23.01.2015, 16:34

tqdk_bili qiymetlendirilirQəbul imtahanının birinci mərhələsi fevralın 22-də olacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanlarının vaxtını açıqlayıb.

Qurumdan verilən məlumata görə, magistraturaya ərizə qəbulu fevralın 3-dən 12-dək, qəbul imtahanının birinci mərhələsi fevralın 22-də, proqram seçimi aprelin 1-dən 10-na qədər, ikinci mərhələ aprelin 26-da olacaq.

Magistraturaya ixtisas seçimi mayın 7-dən 12-nə qədər olacaq. Boş qalan yerlərə isə ixtisas seçimi iyunun 22-dən 28-dək həyata keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol