Menu

"Türkiyəni Aİ-yə üzv olmaq məsələsi maraqlandırmır" - Ərdoğan

24.01.2015, 15:24

cumhurbaskani-erdogan-din-adina-teror-kavramini-6520781_5452_400Türkiyəni Avropa İttifaqına (Aİ) üzv olmaq məsələsi maraqlandırmır.

Trend-in şənbə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, hazırda Ankara Aİ-ni sınaqdan keçirir: "Aİ həqiqətənmi demokratik sistemdir, yoxsa xristian klubudur? Bunu sınayırıq". Ərdoğan bildirib: "Aİ Türkiyənin bu struktura üzv olmaq üçün yalvaracağını düşünürsə, səhv edir".

Qeyd edək ki, Türkiyənin Aİ-yə üzv olması üzrə rəsmi danışıqlar 2005-ci ildə bərpa olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol