İran xarici ölkələrlə hesablaşmalarda ABŞ dollarından daha istifadə eləmir.
Musavat.com-un məlumatına görə, bu barədə İranın “Tasnim” agentliyinə Mərkəzi Bankın sədr müavini Qulaməli Kamyab açıqlama verib.
“Xarici ölkələrlə ticarət mübadiləsi zamanı Tehran başqa valyutalardan, o cümlədən Çin yuanından, avrodan, Rusiya rublundan, Türkiyə lirəsindən və Cənubi Koreya pulundan istifadə edir” – deyib bankir.
Onun sözlərinə görə, İranın Mərkəzi Bankı bir sıra ölkələrlə ikitərəfli valyuta anlaşmaları imzalamağı düşünür və yaxın zamanlarda bu yöndə müvafiq danışıqlar başlayacaq.


Şərhlər