Baltik dənizi üzərində Rusiya və NATO təyyarələrinin qarşılaşmasının unikal kadrları yayılıb. Kadrlardan görünür ki, Rusiyanın tam silahlanmış Su 27 qırıcısı NATO-nun patrul xidməti həyata keçirən Lockheed P-3 Orion təyyarəsinə yaxınlaşır, bir qədərdən sonra isə ondan uzaqlaşır.

Məlumata görə, video ötən ilin noyabr ayında NATO təyyarəsindən çəkilib.

NATO dəfələrlə bəyan edib ki, Rusiya hərbi təyyarələrinin beynəlxalq hava məkanında aktivliyi kəskin şəkildə artıb. Belə ki, 2014-cü ildə bir öncəki illə müqayisədə Rusiyanın təyyarələri NATO hava məkanına 3 dəfə artıq həmlələr ediblər.

AzPolitika.info NATO və Rusiya təyyarələrinin Baltik dənizi üzərində qarşılaşmasının videosunu təqdim edir: