Menu

Bir ailədən 3-cü Qarabağ şəhidi: Elşən Əfəndiyev dəfn edildi - Video

26.01.2015, 17:20
Bir ailədən 3-cü Qarabağ şəhidi: Elşən Əfəndiyev dəfn edildi - Video

Döyüş bölgəsində ermənilərin təxribatı nəticəsində şəhid olan Elşən Əfəndiyev doğulduğu Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində dəfn olunub.

ANS TV-nin məlumatına görə, 20 yaşlı şəhid Elşən Əfəndiyev yanvar ayında hərbi xidmətə gedib. O xidmət etdiyi dövrdə nümunəvi davranışına görə bir neçə dəfə ordu rəhbərlyi tərəfindən mükafatlandırılıb.

Şəhid ölümündən sonra müdafiə nazirinin əmri ilə 3-cü dərəcəli medalla təltif edilib. Bu, ailənin Qarabağ döyüşlərində verdyi 3-cü şəhiddir.

Şəhidin əmisi Ədalət Əfəndiyev Elşənin həm əmisinin, həm də dayısının şəhid olduğunu bildirib. O şəhidliyin hər bir əsgərə nəsib olmadığını və Elşənlə fəxr etdiyini deyib.

Allah rəhmət etsin!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol