Menu

Daha bir ölkə Putinin dəvətindən imtina etdi

27.01.2015, 20:29
Daha bir ölkə Putinin dəvətindən imtina etdi

Daha bir ölkə Rusiya Prezidenti Vladimir Putinin 9 may faşizm üzərində qələbənin 70-ci ildönümü ilə bağlı keçiriləcək tədbirə dəvətindən imtina edib.

Axar.az xəbər verir ki, Latviya Prezidenti Andris Berzinş 9 mayda Moskvaya getməkdən imtina edib.

Berzinşin Moskvaya getməkdən imtinasının səbəbi Ukraynanın şərqində baş verən olaylardır.

Qeyd edək ki, bundan əvvəl, Litva Prezidenti Daliya Qribauskayte də dəvətdən imtina etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol