Menu

"Dünya daha Ebola kimi xəstəliklərə hazır deyil"

28.01.2015, 11:52
"Dünya daha Ebola kimi xəstəliklərə hazır deyil"

Dünya Bankının prezidenti deyib ki, dünya Qərbi Afrikada Ebola kimi xəstəliklərlə mübarizə üçün "təhlükəli dərəcədə hazır deyil".

Vaşinqtonda danışan Jim Yong Kim bildirib ki, hökümətlər, şirkətlər, yardım fondları və sığorta şirkətləri gələcək üçün birgə çalışmalıdır.

Onun sözlərinə görə, Ebola böhranından öyrəniləsi dərslər var.

Sierra Leone, Qvineya və Liberiyada 8500-dən çox insan Ebolaya görə həyatını itirib.

Cənab Kim deyir ki, DB Dünya Sağlamlıq Təşkilatı (DST) və digər BMT təşkilatları, akademiklər və sığorta şirkətləri ilə "pandemiya yardımı" üçün maliyyə tapmaq məsələsi üzərində çalışır.

Gözlənilən layihə yaxın aylarda ölkələrin rəhbərlərinə təqdim ediləcək.

Yeni sənəd ev sahibləri üçün sığorta siyasətinə bənzəyəcək, məsələn yanğın sığortasına:

"Yanğın üçün nə qədər hazırlıqlı olsanız, məsələn evinizdə bir neçə yanğın xəbərçisi olarsa, o qədər də az ziyana düşərsiz".

Cənab Kim yeni layihənin DST-dən güclü ola biləcəyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol