Menu

SOS: Qonşu ölkədə Ebola...

01.02.2015, 11:08
SOS: Qonşu ölkədə Ebola...

Rusiyada bir nəfər ebola virusuna yoluxmaq şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

ANS PRESS-in məlumatına görə, həmin şəxs "Beynəlxalq qırmızı xaç" yardım cəmiyyətinin bir müddət Seneqal və Qvineyada işləmiş əməkdaşıdır. Həmin kişidən götürülən qan analizi bazar günü Novosibirskdəki laboratoriyaya göndərilib.

Məlumata görə, o, Moskvaya gələn zaman təyyarədə qızdırması qalxıb və qəfildən özünü pis hiss edib. Bundan sonra həmin sərnişin təyyarənin quyruq hissəsində başqalarından təcrid edilib. Rusiyanın səhiyyə nazirliyinin əməkdaşı bildirib ki, təyyarədəki bütün sərnişinlər müayinə edilib və evlərinə buraxılıblar. "Onlar bir müddət yaşadıqları ərazinin həkimlərinin nəzarətində olacaqlar".

Qeyd edək ki, Ebola virusuna 22,1 min insan yoluxub. Onların 8,8 min nəfəri artıq ölüblər. Ən böyük itki Liberiyadadır - 3,7 min nəfər. Serra-Leonedə 3,2, Qvineyada isə 1,9 min insan bu virusa yoluxaraq ölüblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol