Menu

Daha bir epidemiya yayılır - 119 xəstə, 40 ölü...

02.02.2015, 16:13
Daha bir epidemiya yayılır - 119 xəstə, 40 ölü...

 Madaqaskarda yayılmağa başlayan taun xəstəliyi artıq 40 nəfərin həyatına son qoyub. ANS-in məlumatına görə, İndiyədək xəstəliyə 119 nəfərin yoluxduğu bildirilir. Ümumdünya Səhiyyə Təşkilatı, xəstəliyin paytaxt Antanannarivunun ətrafındakı əhalinin sıx yaşadığı gecəqondularda yayılmasına görə narahatdır.

Taun insan və heyvanlarda kəskin təbii ocaqlı, epidemik yayılmağa meyilli, taun çöpü (lat. Yersinia pestis) tərəfindən törədilən transmissiv infeksion xəstəlikdir. O, kəskin qızdırma, ağır ümumi intoksikasiya və limfatik düyünlərin, ağciyərin və başqa orqanların hemorragik-nekrotik iltihabı ilə təzahür edir. Endemik və pandemik yayılma imkanına görə taun "Beynəlxalq tibbi-sanitariya qaydalarının" şamil olduğu xüsusi təhlükəli karantin infeksiyaları qrupuna aid edilir.

Qeyd edək ki, Afrikada baş qaldıran başqa epidemiya - ebola xəstəliyi ilə mübarizə isə artıq nəticəsini verir, xəstəlik səngiməyə başlayır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol