Menu

Sabahdan magistraturaya ərizə qəbulu başlayır

02.02.2015, 14:17

tqdk_bili qiymetlendirilirSabah ali məktəblərin magistratura səviyyəsinə ərizə qəbulu başlayır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, ərizə qəbulu fevralın 12-dək davam edəcək.

Magitraturaya qəbul imtahanının 1-ci mərhələsi fevralın 22-də keçiriləcək. Proqram seçimi aprelin 1-10-da , qəbul imtahanının 2-ci mərhələsi isə aprelin 26-da reallaşacaq. 7-12 may tarixlərində magistraturaya ixtisaslaşma seçimi, 22-28 iyun tarixlərində isə boş qalan yerlərə ixtisaslaşma seçimi keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol