Müğənni Maral Tahirqızı istintaqa cəlb olunub.
APA-nın məlumatına görə, müğənni insan alverində təqsirləndirilir. O, bu gün təqsirləndirilən şəxs qismində Xətai Rayon Polis İdarəsinə çağırılaraq ifadəsi alınıb.
Xətai Rayon Polis İdarəsindən APA-ya onlarda müğənni Maral Tahirqızı ilə bağlı cinayət işinin olduğunu təsdiqləsələr də, əlavə açıqlama verilməyib: “Hələlik dindirmə gedir. Əlavə heç nə deyə bilmərik”.
* * *
Müğənni Maral Tahirqızının istintaqa cəlb olunması barədə xəbərə münasibət verib. İfaçı "atvxəbər"ə açıqlamasında məsələyə belə aydınlıq gətirib: "Elə bir fakt var ? Kimsə mənim nömrəmi götürüb, söhbət yayılıb. Araşdırma gedir. Mən qadın alveri ilə məşğul deyiləm. Bir qadın var, salonda işləyir, mən üz-qaşımı aldırmışam. Mən onu tanıyıramsa, məsuliyyət daşımıram. Salonda işləyirsə özü bilər, kimisə kiməsə düzəldirsə, özü bilər. Gedib haqqımda deyib ki, Maral "mama rozadı", Esmiradı kimdi bilmirəm, məsuliyyəti öz boynuna. Mən axı nə bilim o nə işlə məşğul olur? Vəkilim məsələ ilə məşğuldu, boynuma şər atıblar".


Şərhlər