“Reuters”in Beyrutdan verdiyi xəbərdə deyilir ki, İŞİD-ə dəstək verən şəxslər sosial şəbəkələrdə dəhşət doğuran fotolar yayıblar. Həmin fotolarda İŞİD tərəfindən ələ keçirilən iordaniyalı pilot Muəs Əl-Kasabehin diri-diri yandırıldığı əksini tapıb.
Artıq İordaniyalı pilotun ölümünü əks etdirən video-materila da sosial şəbəkələrdə yayılıb. ABŞ prezidenti həmin videonu şərh edərkən deyib ki, bu, İŞİD-ın nə qədər vəhşi bir təşkilat olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi: "ABŞ İŞİD-ı məğlub etmək əzmindədir".
Agentlik qeyd edir ki, ortada 5 ədəd foto var. O, fotolarda qara qəfəsdə olan insan yanan vəziyyətdə görüntülənib. İordaniyalı pilot dekabr ayında Suriya səmasında qırıcı təyyarə vurulduqdan sonra İŞİD-ın əlinə keçmişdi.
O da məlumdur ki, İŞİD Muəs Əl-Kasabehi iraqlı terrorçu qadın Səjidə Əl-Rişavinin əvəzində azad etməyə hazır olduğunu bəyan etmişdi.
"BBC" bildirir ki, İordaniya televiziyası pilotun ölümü ilə bağlı deyilənləri təsdiq edib və bildirib ki, İŞİD 1 ay öncə Muəs Əl-Kasabehi öldürüb. Sadəcə bu faktı indi açıqlayır.







Şərhlər