Menu

Litvinenko ölümdən qabaq islamı qəbul edibmiş

04.02.2015, 00:47
Litvinenko ölümdən qabaq islamı qəbul edibmiş

Rusiya Federal Kəşfiyyat Xidmətinin (FTX- FSB) əməkdaşı, Londonda zəhərləndirilən Aleksandr Litvinenko ölümündən qabaq islamı qəbul edib və Çeçenistanda dəfn olunmasını istəyib. Musavat.com-un BBC-yə istinadən xəbər verir ki, bu barədə onun dul xanımı məhkəmədəki dinləmələrdə bildirib.

Marina Litvinenkonun sözlərinə görə, onun əri mühacir çeçenlərin lideri Əhməd Zakayevin təsiri altında islama gəlmək arzusunu izhar edib. Qadın deyib ki, ölüm ayağında olan ərinin yatdığı hospitala imamı dəvət ediblər ki, ayini yerinə yetirsin və o, özünü müsəlman hesab eləsin.

Aleksandr Litvinenko 2006-cı ilin noyabrında poloniumla zəhərlənib. Britaniya hökuməti sui-qəsddə Rusiya xüsusi xidmətinin əməkdaşları Andrey Luqavoyu və Dmitri Kovtunu günahlandırır. Moskva həmin şəxsləri Londona verməkdən imtina edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol