Menu

"Neftin qiyməti azı bir il aşağı səviyyədə olacaq" - BP

04.02.2015, 11:51
"Neftin qiyməti azı bir il aşağı səviyyədə olacaq" - BP

Neft sənayesi "qara qızıl"ın qiymətinin azı 1 il aşağı səviyyədə olmasına hazır olmalıdır. "APA-Economics"in "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın BP şirkətinin rəhbəri Bob Dadli deyib.

"Biz hazırda yeni fazaya daxil olduq. Neftin qiymətləri yaxın və orta perspektivdə aşağı səviyyədə olacaq", - deyə B. Dadli qeyd edib.

Xatırladaq ki, neft-qaz nəhəngi investisiya portfelini 20 mlrd. dollar həddinə endirib. Bu göstərici ötən il ilə müqayisədə 13% azalma deməkdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol