Gürcüstanın sabiq daxili işlər naziri Aleksandr Çikaidzenin anası evində vannada ölmüş halda tapılıb.APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, hadisə barədə sabiq nazirin qonşuları məlumat verib. Ölümün səbəbi məlum deyil.
Məlumata görə, sabiq nazirin anasının ölüm faktını Gürcüstan daxili işlər nazirliyi də təsdiq edib. Faktla bağlı araşdırma aparılır.


Şərhlər