Menu

Terrorçular şəhərə hücum etdilər: 100-dən çox ölü

05.02.2015, 02:18
Terrorçular şəhərə hücum etdilər: 100-dən çox ölü

Nigeriyada fəaliyyət göstərən “Boko Haram” terror təşkilatının üzvləri Kamerunun çimalında yerləşən Fotokol şəhərinə hücum edərək, 100-dən çox adamı güllələyiblər. Musavat.com xəbər verir ki, məlumatı “Reuters” yayıb. Məlumata görə, “Boko Haram” silahlıları Fotokola səhər saatlarında giriblər. Onlar məscidlərdə və evlərdə 100-dən şox adamı öldürüblər, sakinlərin əmlakını yandırıblar. Bunu agentliyə sakinlərdən biri telefonla verib. O deyib ki, silahlılar oğlunu də qətlə yetiriblər.

“Boko Haram” Qərb dəyərlərinə qarşı mübarizə aparır və şəriət yaradılmasına çalışır. Regiondakı terror aktlarının, adamların girov götürülməsinin arxasında əsasən bu təşkilat dayanır.

“Boko Haram”ın ən səs-küylü cinayətlərindən biri ötən ilin aprelində Nigeriyanın Çibok şəhərində 276 məktəbli qızın qaçırılması olub. Qızlardan cəmi 57-si evə qayıdıb. Qruplaşmanın lideri bildirib ki, 219 məktəbli İslamı qəbul edib və ərə verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol