Menu

Silahlı şəxslər məktəbə girib atəş açdı: 2 yaralı

05.02.2015, 09:00
Silahlı şəxslər məktəbə girib atəş açdı: 2 yaralı

ABŞ-ın Merilend ştatının Frederik şəhərində naməlum silahlılar məktəblərin birinə daxil olaraq atəş açıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 2 yeniyetmə xəsarət alıb.

Məktəblilərin həyatına təhlükə olmadığı bildirilir. Yerli “Frederick News-Post” qəzetinin məlumatına görə, atəş 4 nəfər qaradərili şəxslər tərəfindən açılıb. Hücumun motivləri məlum deyil. Hazırda polis hadisə ilə bağlı araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol