Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilərək azadlıqdan məhrum edilən Lamiyə Quliyevanın həbsxanada uşaq dünyaya gətirməsi ilə başılayan qalmaqal davam edir. Bu cinayət işilə bağlı çoxlu yeni faktlar ortaya çıxmaqdadır.
Adı gizli saxlanan məhkum bu məsələni boynuna götürməyə məcbur edilib?

Belə ki, Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisəsində saxlanılan və Lamiyə Sahib qızı Quliyevanın dünyaya gətirdiyi uşağın atası olduğunu iddia etdiyi məhkumla görüşüblər.
ANS press-in məlumatına görə, qeyd edilən məhkum ailəsində yarana biləcək problemlərlə əlaqədar adının məxfi saxlanılmasını xahiş edib. Həmin şəxs məhkum L.Quliyeva ilə bir müddət eyni penitensiar müəssisədə saxlanıldığını, onunla qiyabi tanışlıq münasibətinin olduğunu, canlı təmasının olmadığını, uşağın atasının müəyyənləşdirilməsi ilə bağlı dəqiqləşdirilmə aparılması üçün DNT qan analizi verdiyini bildirib. Onunla aparılmış konfidensial görüş zamanı təzyiqə və zorakılığa məruz qalmadığını söyləyib, bu barədə ombudsmana yazılı izahat verib.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev azvision.az-a müsahibəsində bnu açıqlayıb: "Bu məsələ tərəfimizdən təbii ki, araşdırılacaq. O ki, qaldı həmin şəxsin bunu təkzib edərək ayrı şeylər deməsinə, onun uşağının atası da müəyyən olunacaq. Hamı onu tanıyacaq".
7-8 nəfərdən qan analizləri götürülüb

Bu sualın cavabı hələlik yoxdur. Olacağı haqda fikir yürütmək də çətindir. Amma görünən odur ki, vəziyyətdən çıxış yolu axtaranlar məhkumlarla “uşağın atası mənəm” demələri üçün iş aparıblar. Nəticədə də belə bir ifadə ortaya çıxıb və DNT analizi verilib. Sonradan məhkumun verdiyi açıqlamadan imtina etməsini şərtləndirən səbəb və amili araşdırmaq istintaqın vəzifəsidir.
“Yeni Müsavat”a daxil olan məlumata görə, L.Quliyevanın dünyaya gətirdiyi övladın atasının müəyyən edilməsi üçün 7-8 nəfərdən qan analizləri götürülüb. Bu şəxslər sırasında L.Quliyevanın saxlandığı müəssisənin keçmiş rəisi və müavinləri ilə yanaşı, hazırda müəssisəyə rəhbərlik edən rəis və müavinləri də var. Analizlər Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyində tibbi müayinə olunur. Belə məlumat var ki, artıq müvafiq rəylərin hazırlanması prosesi gedir.
"Ruslana 3 bıçaq vurulub və amma ittiham aktında 18 bıçaq zərbəsi yazılıb"

Belə ki, İbrahim İsmayılov əvvəlcə Ruslan Aslanovun qətlindən danışıb. O, bildirib ki, oğlunun bu qətldə heç bir təqsiri yoxdur, ittiham aktında yazılanlar Aslan Aslanovun quramısıdır: “Təkcə bir faktı deyim. Ruslan Aslanova 3 bıçaq vurulub və amma ittiham aktında yazılıb ki, guya ona 18 bıçaq zərbəsi endirilib. Bu Aslan Aslanovun quramasıdır. O, oğlunun amansızlıqla qətlə yetirildiyi barədə rəy yaradırdı. İstəyirdi ki, Vüqarı ömürlük həbsxanaya saldırsın, buna da nali oldu. Aslan Aslanov prokurora, müstəntiqə, bir sözlə, hamıya təzyiq edirdi. Mənim oğlumun bu hadisədə təqsiri yoxdur. Sadəcə Ruslan qətlə yetirilən vaxt orda olub. Özü də onu ora elə Ruslanın özü aparıb. Deyib ki, mənimlə gedək Lamiyə ilə üzləşim”.
"Tələb edirdi ki, qətlin sifarişçisi kimi Fazil Məmmədovun və ”Saşa"mın adını çək"

Vüqar Əliyevin atası deyib ki, Aslan Aslanov oğlunun qətlindən istifadə edib düşmənlərini zərərsizləşdirmək istəyirdir: “Aslan Aslanov adını çəkdiyim adamlara düşmən münasibət bəsləyirdi. Ona görə də onların adlarını hallandırırdı. Həm istəyirdi qətlin motivini dəyişsin, həm də bununla düşmənlərini sıradan çıxarmaq istəyirdi. Bunun üçün əlindən gələni edirdi. Amma bütün bunlar alınmayanda guya oğlunun torpaq üstdə öldürüldüyü versiyasını ortaya atdı. Prokurora, müstəntiqə də bu barədə göstəriş verdi. Ona görə də istintaq Ruslan Aslanovun namus üstdə öldürülməsi versiyasına yaxın durmurdu”.
Aslan Aslanov bu işə görə 12 nəfəri həbs etdirib

Keçmiş icra başçısı oğlunun adını parka vermək istəyib

Aslan Aslanov bununla da kifayətlənməyib. İbrahim İsmayılova məxsus dükanı yerlə-yeksan edib: “Bir dükanımız var idi, uçurdu. Heç bir əsas olmadan, qanunsuz olaraq uçurdu. Həmin dükanın yerində park saldı. Istəyirdi parka oğlunun adını versin. ”Ruslan gənclik parkı" adlandırsın oranı. Amma sonra onu fikrindən daşındırdılar. Bu adamın oğlu öz əməllərinin qurbanı olub. Lamiyənin başına oyun açıb. Qız bunu məhkəmədə də dedi. Hətta Aslan Aslanovun qardaşı Elsevər Aslanov ona hədə-qorxu gəldi, təhqir etdi. Amma Lamiyə yenə dedi ki, Ruslan onun başına oyun açıb, buna görə də onu öldürüb".
Səfər Əbiyev də bu işə qoşulub

"Keçmiş rəis Aslanovla əlbir idi, bütün bunları Aslanov təşkil edib"

Qeyd edək ki, Lamiyə Quliyevanın həbsxanada uşaq dünayaya gətirməsi ictimaləşəndən sonra bu məsələdə onun cəza çəkdiyi 4 saylı müəssisənin keçmiş rəisi Müzəffər Məmmədovun adı hallandırılırdı. Lakin o, barəsində deyilənləri təkzib etmişdi. “Bütün bunlar cəfəngiyatdır. Mənim 65 yaşım var. Bu söz-söhbətə görə ailəm dağılır”,- deyə Müzəffər Məmmədov bildirmişdi.
İbrahim İsmayılov sonda deyib ki, oğlunun azadlığa buraxılması üçün ölkə başçısına müraciət etməyi planlaşdırır: “Bu məsələlər yenidən gündəmə gələndən sonra bizdə ümid yaranıb. Oğlum 12 ildir günahsız cəza çəkir. Lamiyə Quliyeva da cəzasını çəkib. Ona görə də prezidentə müraciət etməyi düşünürük. Ümid edirik ki, haqq-ədalət öz yerini tapacaq”.
"Uşağın dünyaya gətirilməsi əvvəlcədən hazırlanan məkrli planın tərkib hissəsi olub"

Nəzərə alsaq ki, Aslan Aslanovun oğlu Turqay Aslanov həbsxanalaa birbaşa nəzarət edən Ədliyyə Nazirliyinin istintaq idarəsinin aparıcı müstəntiqlərindən biridır, bu iddianın o qədər də əsassız olmadığı ortaya çıxar.
Qeyd edək ki, bu iddiada ola tək İbrahim İsmayılov deyil. Vəkil Adəm Məmmədov da belə bir ehimalın olmasını istisna eməyib. Onun, "Yeni Müsavata müsahibəsində "Belə çıxır ki, uşağın dünyaya gətirilməsi əvvəlcədən hazırlanan məkrli planın tərkib hissəsi olub?" sualına c avabıda bunu təsdiqləyir: "Bəli. Sifarişi mən ona görə irəli çəkirəm ki, Lamiyə Quliyeva onun həbsinə yol açan cinayət baş verən anda yetkinlik yaşına çatmayıb. Onun 15 yaşı olub. Amma məhkəmə Lamiyəyə maksimum cəza verib. 2013-cü ildə azad edilməli olduğu halda 2012-ci ildə Lamiyə Quliyevaya qondarma cinayət işi başlayıblar. Təəssüf ki, həmin cinayət işi üzrə Lamiyə Quliyevanın həbs müddəti 5 il 6 ay artırılıb. Lakin bununla da ürəkləri soyumayıb. Lamiyə Quliyeva 2013-cü ildə yenidən şərlənib. Heç şübhə yoxdur ki, bu işin arxasında da Lamiyə Quliyevaya 10 il cəza verdirən şəxs dayanıb. Lamiyə Quliyevaya qarşı edilən qanunsuz hərəkətlərin, zorakılıqların araşdırılmasına ciddi ehtiyac var. İndiyə kimi onun üzləşdiyi proseslər deməyə əsas verir ki, bu iş sifarişlə aparılıb və sifarişin icrası bu gün də davam edir. Təsəvvür edin ki, Vüqar Əliyevin özü ilə bərabər 2 xalasını da 2003-cü ildə həbs edib 2 ay həbsdə saxlayıblar. Guya cinayəti bilib gizlədiblər. Yəni iş əvvəlcədən ssenari üzrə aparılıb".
Lamiyənin uşağı müəyyən bir yaşa çatdıqdan sonra öldürüləçəkmiş?...

"Bir qadın məhkumun həbsdə ikən uşaq dünyaya gətirməsinə şərait yaradılması, uşağın o şəraitdə saxlanılması özü qisasdır. Lamiyə Quliyevaya, Vüqar Əliyevə qarşı baş verənlər, Quliyevanın qondarma ittihamla həbsdə saxlanması sübut edir ki, onlara qarşı olan şəxs intiqam hissi ilə yaşayır. Ondan hər şey gözləmək olar. Təsəvvür edin ki, Vüqar Əliyevin atası Turan İbrahimovun verilişinə gedərək onlara qarşı baş verənlərdən danışıb. Lakin həmin verilişin efirə getməməsi üçün ən müxtəlif yollara əl atılıb. Hətta Lamiyə Quliyeva cəzaçəkmə yerindən rəisin telefonu ilə Vüqarın atasına zəng edərək verilişin efirə getməsinin qarşısını almasını təkidlə ondan tələb edib. Aydındır ki, Lamiyə bunu öz xoşu ilə etməyib. Onu buna məcbur ediblər. Nəticədə veriliş efirə getməyib.
Göründüyü kimi, həm İrahim İsmayılov, həm də vəkil Lamiyə Quliyevanın həbsxanda uşaq dünyaya gətirməsinin Aslanovun "qisas planının" bir hissəsi oldiğunu etimaledirlər. Belə çıxır ki, uşaq müəyyən bir yaşa çatdıqdan sonra öldürüləçəkmiş...
Düzdür, Aslan Aslanov ANS-ə ekslüziv açıqlamasında bütün bu işlərlə bağlılığının olmadığını bildirib: “Xahiş edirəm ki, bizim yaramızı təzələməyin. Mənim oğlumu həmin şəxslər qrup halında qətlə yetiriblər. 11 il əvvəl olmuş hadisəni indi şişirdərək mətbuatda mənim adımı hallandıraraq sifarişlə yazı yazırlar. Vüqar Əliyev və Lamiyə Quliyevanın yaxınlarını həbsi üçün sifariş verməyim, onların həbsinin uzadılması üçün təzyiq etməyim. Bu Barədə yazılanlar təxribatdır və mənim bu işlə heç bir əlaqəm yoxdur".
Bununula belə ortada ciddi ittihamlar var. Və yəqin ki, prokurorluğun araşdırması bütün bu məsələlərə aydınlıq gətirəcək. Əsas məsələ isə uşağını atasının kim olduğu, Lamiyənin həbsxanada övlad dünyaya gətirməsinə kimin, hansı məqsədlə şərait yaratmasının aydınladırılmasıdır.
Rasim Əliyev
AzPolitika.info

Şərhlər