Menu

Ticarət mərkəzində yanğın: 17 ölü

06.02.2015, 12:10
Ticarət mərkəzində yanğın: 17 ölü

Çinin ticarət mərkəzində yanğın baş verib. Musavat.com-un məlumatına görə, yanğın nəticəsində 17 nəfər ölüb. Yanğın Huidong qəsəbəsində “Yivi” ticarət mərkəzinin 4-cü mərtəbəsində depo və film zalının yerləşdiyi mərtəbədə baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Uzun müddətdən sonra yanğının qarşısını almaq mümkün olub.

Yanğının nədən qaynaqlandığı haqqında məlumat verilməyib. 17 nəfərin öldüyü, 10 nəfərin isə xilas edilərək xəstəxanaya çatdırıldığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol