Səudiyyə Ərəbistanı Asiyada mart ayı neft satışları ilə bağlı qiymətləri endirib
Səudiyyə Ərəbistanı neft bazarını itirməmək üçün əlindən gələni edir. Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı Asiyaya satılan nefti mart ayı ərzində endirməklə bağlı qərar qəbul edib. Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, bununla ölkə dünya bazarındakı payı üçün mübarizə apardığını elan edib.
Satış qiymətləri üç dollara yaxın endirilib və son 14 ildə ən aşağı həddə düşüb. Ölkə Çindəki bazar payını qorumağa çalışır. Orta Şərq istehsalçıları Latın Amerikası, Afrika və Rusiya ilə Asiyadakı alıcılar üçün rəqabəti artırırlar.
Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə, Çin 2014-cü ildə ABŞ-dan sonra dünyanın ikinci ən böyük neft istehlakçısı olub.


Şərhlər