Menu

Putin-Merkel-Olland danışıqları başladı

07.02.2015, 00:13
Putin-Merkel-Olland danışıqları başladı

Bu gün Moskvada Rusiya, Fransa və Almaniya liderləri – Vladimir Putin, Fransua Olland və Angela Merkel arasında qapalı danışıqlar başlayıb. Musavat.com Rusiya KİV-ə istinadla bildirir ki, tərəflər ən yüksək səviyyədə Ukraynadakı konfliktin nizamlanması yollarını müzakirə edirlər.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, “Putin vəziyyətin ümumi stabilləşməsi naminə konstruktiv məcrada danışıqlara hazır olduğunu” söyləyib. O, Qərb liderlərinin Moskvaya səfər etməyə Kreml başçısının onlarla telefon danışığı zamanı irəli sürdüyü təşəbbüslərin səbəb olduğunu qeyd edib.

Olland və Merkel Moskvaya təkliflər paketi ilə gəlib. Lakin sənədin mahiyyəti gizli saxlanılır. Bu ərəfədə Merkel və Ollandın görüşdüyü Ukrayna prezidentinin administrasiyasından sızan məlumata görə, söhbət Donbasda atəşkəsin “Dnestryanı variant” üzrə əldə olunması və Donbasın xeyrinə əlavə mərkəzsizləmə təklifindən gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol