Menu

“Yunanıstan NATO-dan çıxacaq”

07.02.2015, 12:21
“Yunanıstan NATO-dan çıxacaq”

Yunanıstan Baş naziri Aleksis Tsipras ölkədəki bütün xarici hərbi bazaları bağlamağı planlaşdırır. Axar.az xəbər verir ki, bu barədə İtaliyanın “İl Giornale” qəzeti yazıb.

Qəzetin məlumatına görə, Tsipras tezliklə Yunanıstanı NATO-dan çıxaracaq.

“Əgər Tsipras buna nail olarsa, biz öz qonşuluğumuzda kiçik Kubanı görəcəyik”, - deyə qəzet qeyd edib.

Həmçinin Tsiprasın yunan əsgərlərin Əfqanıstan və Balkanlardan çıxarılması, İsraillə hərbi əməkdaşlıq haqqında müqavilələrin ləğvi, Fələstinin 1967-ci il sərhədləri daxilində tanınması və Türkiyə ilə müqavilələrin uzun müddətli olması barədə planlarının olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol