Menu

Orta məktəb müəllimi özünü asdı

07.02.2015, 13:10
Orta məktəb müəllimi özünü asdı

Ağcabədi rayonunda intihar hadisəsi baş verib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Ağcabədi şəhərinin Sərdar Bünyadov küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan 1977-ci il təvəllüdlü Ağayev Ramil Ədil oğlunun asılmış meyiti aşkar edilib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Polisdən bildirilib ki, R. Ağayev rayonda yerləşən 8 saylı orta məktəbdə müəllim işləyirmiş. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol