Menu

“Qərb Ukraynanı itirəcək, əgər...”- Corc Soros

07.02.2015, 14:35
“Qərb Ukraynanı itirəcək, əgər...”- Corc Soros

Ukrayna kollaps astanasındadır, çünki o, Avropadan yetərli dəstək almayıb. Musavat.com xarici informasiya qaynağına istinadən xəbər verir ki, belə bir fikri Açıq Cəmiyyət İnstitutunun yaradıcısı və rəhbəri, məşhur maliyyəçi Corc Soros bu gün Münhen konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Avropa təcili müdaxilə eləməsə, Ukraynanı itirəcək. “Ukraynaya maliyyə və hərbi təzyiqlər göstərilir. Ölkə kollaps ərəfəsindədir. Avropa öz vədlərini yerinə yetirə bilmədi” – deyib Soros.

“Avropa ola bilsin Ukraynanı itirəcək. Və əgər bu, baş versə, böyük itki olacaq. Bunun baş verməməsi üçün təcili müdaxilə lazımdır” - əlavə edib maliyyəçi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol