Komendant saatın aradan qaldırmaq mümkün olacaqmı?
“Reuters”in xəbərində deyilir ki, şənbə günü İraqın paytaxtı Bağdad şəhərində 3 partlayış baş verib.
Nəticədə 34 nəfər ölüb, ən azı 50 nəfər yaralanıb.
Agentlik bildirir ki, birinci partlayış Bağdadda şiələrin yaşadığı məhəllədəki restoranda baş verib. Belinə kamikadze kəməri bağlamış şəxs özünü restoranın ortasında partladıb. Nəticədə 22 nəfər ölüb.
İkinci partlayış isə Şaqra mağazasında olub. Oraya iki ədəd bomba atılıb. Çaxnaşma zamanı 10 nəfər həlak olub. Digər hücum da bomba partladılması həyata keçirilib.
Nəticədə 2 nəfər ölüb, 7 nəfər isə ağır yaralanıb. İraq Daxili İşlər Nazirliyinin mətbuat katibi, briqada generalı Saad Maan deyib ki, o, bu partlayışların komendant (qadağan) saatının qaldırılması ilə bağlı olmasına inanmır.
Agentlik bildirir ki, İraq hökuməti bəyan edib ki, bazar günü axşamdan etibarən paytaxtda qüvvədə olan komendant saatı aradan qaldırılacaq. Komendant saatını aradan qaldırmaqla İraq hökuməti xalqı inandırmaq istəyir ki, İŞİD-lə bağlı hər hansı təhlükə mövcud deyil və həyat öz normal axarına dönə bilər. İraqın bir çox yerlərində isə 2003-cü ildən bəri komendant saatı tətbiq olunurdu. (musavat.com)


Şərhlər