Menu

“Federallaşma məsələsini referenduma çıxarmağa hazıram...” - Poroşenko

08.02.2015, 01:12
“Federallaşma məsələsini referenduma çıxarmağa hazıram...” - Poroşenko

Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynanın federallaşması məsələsini referenduma çıxarmağa hazır olduğunu söyləyib. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə o, Münhen konfransı çərçivəsində söyləyib.

“Mən federallaşma və dövlət dili məsələsini referenduma çıxarmağa hazıram. Və mən nəticəni də bilirəm” – deyib Poroşenko.

Az öncə xəbər verilmişdi ki, Kiyevdə Pyotr Poroşenko, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkellə danışıqlar zamanı Ukraynanın federallaşması məsələsi müzakirə edilməyib.

Ötən ilin noyabrında Poroşenko ukraynalıların 100%-nin vahid dövlətə tərəfdar olduğunu xüsusi vurğulamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol