Menu

Poçt rəisi həbs edildi - Ermənistanda

08.02.2015, 10:50
Poçt rəisi həbs edildi - Ermənistanda

Ermənistanın Artaşat rayonunda poçt şöbəsinin rəisi təqaüdçülərin pensiyasını mənimsədiyi üçün saxlanılıb. APA-nın “News.am”a istinadən verdiyi xəbərə görə, poçt şöbəsinin rəisi vəzifəsində çalışan qadın fevralın 6-da polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, o pensiyaları mənimsəməkdə şübhəli bilinir.

Məlumata görə, poçt rəisi yaşayış məntəqəsinin sakinlərinin imzalarını saxtalaşdıraraq 2014-cü ilin yanvar ayından iyuladək onların pensiyalarını mənimsəyib.

Polis hazırda zərərin həcmini müəyyənləşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol