Menu

Yunanıstan Türkiyə ilə sərhəddəki tikanlı məftilləri sökmək istəyir

09.02.2015, 15:23
Yunanıstan Türkiyə ilə sərhəddəki tikanlı məftilləri sökmək istəyir

Yunanıstanın baş naziri Aleksis Siprasın partiyası SYRİZA Türkiyə-Yunanstan sərhədindəki tikanlı məftilləri sökmək istəyir. Musavat.com-un məlumatına görə, bu partiyanın idarə heyətinin üzvü Giorqos Çondros demokratik bir ölkə üçün belə bir sərhədin utancverici olduğunu bildirib.

Qaçqın axınının qarşısını almaq üçün nəzərdə tutulan 12 kilometrlik tikanlı məftillərin yanlış mesaj verdiyini bildirən G.Çondros deyib: “Yunanıstan Avropanın bir qapısıdır. Tikanlı məftillər qaçqınları daha təhlükəli olan dəniz yoluna yönləndirir”.

G.Çondros həmçinin bildirib ki, Yunanıstanın miqrant siyasəti dəyişir və miqrantların bu ölkədə doğulan uşaqlarına vətəndaşlıq veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol