Müsavatın Məclis üzvü Nəsibə Şuşalı partiya sıralarından istefa verib. APA-nın məlumatına görə, N. Şuşalı özünün “Facebook” səhifəsində istefasına səbəb kimi Qubad İbadoğlunun partiyadan kənarlaşdırılmasını göstərib: “Mən, Nəsibə Əli qızı, Müsavat Partiyasının sonuncu qurultayından sonra bas verən olaylarla əlaqədar və onun məntiqi nəticəsi olaraq iqtisadçı alim Qubad İbadoğlunun partiyanın mövcud rəhbərliyi tərəfindən qeyri-qanuni olaraq partiya sıralarından uzaqlaşdırılmasına etiraz əlaməti olaraq partiyanın Məclis üzvlüyündən və partiya sıralarından istefa verdiyimi bəyan edirəm”.
Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.

Şərhlər