ABŞ-ın BMT-dəki keçmiş səfiri Amerikanın “Fox news” televiziya kanalına maraqlı müsahibə verib. “AzPolitika.info”-nun məlumatına görə, ABŞ-ın BMT-dəki keçmiş səfiri, 2001-2005-ci illərdə ABŞ Dövlət Departamenti rəhbərinin silahlanmaya nəzarət məsələlərinə dair müavini olmuş Con Bolton prezident Barak Obamanı Ukaryna məsələsində qərarsızlıqda günahlandırıb. Həmin kanalda danışan senator Con Makkeyn də Ukraynaya hərbi texnikanın göndərilməsinin vacib olduğunu vurğulayıb. Müxbirin sullarını cavablandıran Con


Bolton Obamanı Ukraynaya təcili hərbi yardıma çağırıb: “Hər-halda Barak Obama ölüm yağdıran müdafiə silahlarını Ukraynaya göndərə bilər. Ancaq bu istiqamətdə hər hansı bir ciddi addım atmağı düşünürsünüzsə, heç olmazsa indi bunun 20 %-ni həyata keçirmək lazımdır. Bu məsələdə artıq yarım il geçikmişik...
Fikirləşirəm ki, indiki vəziyyətdə Putinin son məqsədinin nədən ibarət olduğu hələlik tam aydın deyil. Lakin ABŞ və NATO tərəfindən heç bir real cavab verilmədiyindən, Putin öz məqsədlərinə doğru irəliləyə bilər.
Hansısa şəxslərə və ünvanlara yönəlmiş sahksiyalar onu qətiyyən narahat etmir. Putini ən çox neftin qiyməti natahatlandır.
Belə güman edirəm ki, prezident Barak Obama Ukrayna böhranına tam olaraq böyük əhəmiyyət vermək istəmir. Onun əsas ideyası İranla nüvə məsələsinə dair müqavilə imzalamaqdır.”

Vaqif
AzPolitika.info


Şərhlər