"O səs Türkiyə" yarışmasında Elnur Hüseynov bu gün növbəti canlı yayımda efirə çıxıb. O, komanda rəhbəri Ebru Gündeş və yarışmaçı Anıl Şimşəklə bir yerdə "Araftayım" mahnısını oxuyub. Lakin həmyerlimiz mahnını ifa edərkən sözləri yaddan çıxarıb.
Qeyd edək ki, TV8 telekanalında Acun İlicalının aparıcı olduğu səs yarışmasının münsiflər heyətində məşhur müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alır.(axsam.az)
***
Həmyerlimiz Elnur Hüseynov bu gün “O səs Türkiyə”də növbəti çıxışını edib.
“Qafqazinfo”nun məlumatına görə, Ebru Gündeşin komandasında yarışan Elnur “Exogenesis Symphony Part 1” əsərini səsləndirib.
Münsiflər tərəfindən ifası bəyənilən həmyerlimiz tamaşaçı səsverməsi nəticəsində növbəti mərhələyə keçə bilib.

Şərhlər