Minskdə Ukrayna böhranı ilə bağlı “Normand dördlüyü” formatında keçirilən görüş genişləndirilmiş formatda davam etdirilib. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, Ukrayna, Rusiya, Fransa və Almaniya liderləri arasında müzakirələrə bu ölkələrin xarici işlər nazirləri də qoşulublar.
Az öncə xəbər verilmişdi ki, Ukrayna prezidenti Pyotr Poroşenko görüş keçirilən otaqdan bir neçə dəqiqəliyinə çıxıb.
Nizamlamaya dair detallı danışıqlardan sonra liderlər tərəfindən yekun sənədin imzalanacağı gözlənilir.


Şərhlər