Menu

Türkiyədə polis əməliyyatı - 21 polis həbs edildi

12.02.2015, 13:34
Türkiyədə polis əməliyyatı - 21 polis həbs edildi

Türkiyənin paytaxtı İstanbulda əməliyyat genişmiyqaslı keçirilib. Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, əməliyyata paralel təhlükəsizlik qurumlarına işləmək şübhəsi səbəb olub.

Əməliyyat nəticəsində 21 polis əməkdaşı saxlanılıb. İstanbul Prokurorluğu tərəfindən onlara qarşı bir neçə maddə üzrə ittiham irəli sürülüb. Polislər qeyri-qanuni dinləmədə, casusluqda, şəxsi həyatın gizliliyini pozmaqda, fərdi məlumatları hüquqa zidd olaraq yazmaqda günahlandırılırlar.

Həmçinin rəsmi sənəddə saxtakarlıq, terror təşkilatı qurmaq, idarə etmək, üzv olmaq kimi iddialar da var. Saxlanılan şəxslər həkim nəzarətindən də keçirilib. Araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol