Siyasi məqsədlə haker hücumları təşkil edən “Anonimaus” qrupu İŞİD-ə qarşı müharibə elan edib. Musavat.com-un məlumatına görə, ABŞ və bir çox qərb ölkələri İŞİD-in internet saytlarının qarşısını ala bilmədiyi halda “Anonimaus” İŞİD-in 100 səhifəsinə hücum edib.
İŞİD təbliğatını müxtəlif sosial şəbəkələr vasitəsiylə aparır. İŞİD-in sosial şəbəkədəki profillərinə haker hücumu edildikdə isə ABŞ və qərb ölkələri günahlandırılırdı. “Anonimaus” video yayaraq İŞİD-in profillərinə hücum etdiyini açıqlayıb.


Şərhlər