Menu

Separatçılar atəşkəs üçün 70 saat vaxt istəyib

12.02.2015, 23:49
Separatçılar atəşkəs üçün 70 saat vaxt istəyib

Ağ Ev razılaşmaya münasibət bildirdi

Ukrayana mediası bildirir ki, Minskdə danışıqların uzanması səbəbindən bu gün Brüsseldə Avropa Birliyinə daxil olan ölkə liderlərinin görüşü nəzərdə tutulduğundan 3 saat gec başlayıb.

Sammitdə Ukrayna böhranı və son Minsk danışıqlarının nəticələri müzakirəyə çıxarılacaq. Ancaq verilən bəyanatda terrorizmə qarşı mübarizə ilə bağlı məsələyə münasibət bildirəcək. Daha sonra isə mətbuat konfransı keçiriləcək. Ola bilər ki, mətbuat konfransında Minsk danışıqlarına münasibət bildirilsin.

Son məlumata görə, artıq Ukrayna prezident Pyotr Poroşenko və Avropa Şurasının başçısı Donald Tusk birgə mətbuat konfransı keçirirlər. Tədbirdə Ukrayna prezidenti bildirib ki, onlar atəşkəsin dərhal həyata keçirilməsini istəyiblər. Ancaq qarşı tərəf onlara bünun üçün ən azı 70 saat gərəkdiyini bildirib. Prezident onu da deyib ki, razılaşma əldə olunduqdan sonra separatçılar Ukraynaya qarşı hücuma keçiblər: “Biz atəşkəsdə təkid edirik, girovların hamısının qaytarılmasını istəyirik, xarici qoşunların və muzdlu əcnəbi döyüşçülərin Ukrayna ərazisindən çıxarılmasını tələb edirik. Bütün bunlar mənim ölkəmin suverenliyi üçün son dərəcə önəmlidir“.

Pyotr Poroşenko bildirib ki, sənədin altında Rusiya prezidenti Vladimir Putinlə yanaşı Donbas və Luqansk “xalq respublika“larının da imzası var.

Prezident Ukraynalı pilot Nadejda Savçenkonun Rusiya tərəfindən azad olunmasını da şərt olaraq irəli sürdüyünü bildirib. O, etiraf edib ki, Minskdəki danışıqlar son dərəcə ağır keçib.

Bu arada isə Ağ Ev Minsk danışıqlarına qısa münasibət bildirib: “Potensial baxımından irəliyə doğru əhəmiyyətli addım atılıb ki, Ukraynanın şərqində sülh əldə olunsun“.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol