AzPolitika.info-nun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,61 dollar artaraq 51,82 dollar təşkil edib. “APA-ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 2,39 dollar artaraq 57,05 dollar olub.
Fevralın 12-də London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 59,84 dollara satılıb. Bu, fevralın 11-də qeydə alınmış qiymətdən 2,06 dollar çoxdur. Xatırladaq ki, 2015-ci ilin dövlər büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.

Şərhlər