Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirlənidirilən Lamiyə Quliyevanın həbsxanada dünyaya gətirdiyi övladının atasının adı məlum olub. Bu barədə məlumatı haqqin.az saytı yayıb.
Məlumata görə, uşağın atası 1984-cü ildə Ağsuda anadan olmuş Rəsulov Elnur Məmmədrəsul oğludur. Onun özü də şübhəli şəxs qismində istintaq təcridxanasında saxlanılıb. Xəbərdə deyilir ki, Elnur Rəsulovun uşağın atası olduğunu DNT analizləri sübut edib.
Elnur Rəsulov Baş Prokurorluq əməkdaşlarına ifadəsində Lamiyə Quliyevanın dünyaya gətirdiyi körpənin atası olduğunu etiraf edib. Lakin, o, Lamiyə Quliyeva ilə kamerada görüşdüyünü təkzib edib. Elnur Rəsulov Kürdəxanı istintaq təcridxanasının qadınlar üçün nəzərdə tutulmuş hissəsinə özünün toxum mayesini yollayıb, uşaq da bu yolla mayalanıb.
Rəsulov Elnur Məmmədrəsul oğlu Cinayət Məcəlləsinin 204.2-ci maddəsi (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilib. 2014-cü ilin sonlarında Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə onun apellyasiya şikayətinə baxılıb.
Tibbdə bu üsul "Ekstrakorporal mayalanma" (EKM) adlanır. İnsanlar arasında "süni mayalanma" kimi tanınır. Ümumdünya tibbi statistik məlumatlara əsasən, EKM tətbiq edildikdən sonra orta hesabla 30-35 faiz hallarda hamiləlik baş verir. Nəzərə alınmalıdır ki, statistik məlumat stasionar şəraitdə həyata keçirilən əməliyyata aiddir. Həkimlərin həyata keçirdiyi əməliyyat zaman belə hamiləliyin baş tutması 30-35 faizdirsə, Lamiyə Quliyeva həbsxana şəraitində müsbət nəticəyə necə nail ola bilib?
Mərkəzi Klinik Xəstəxananın ginekologiya şöbəsinin müdiri Mahirə İsmayılova mətbuata açıqlamadında süni mayalanmanın necə həyata keçirildiyini izah edir. Bildirib ki, 2004-cü ildən süni mayalanma ilə məşğul olurlar: "EKM zamanı qadına aybaşının ikinci günündən başlayaraq xüsusi dərmanlar veririk. Açıq deyək, həmin dərmanlar vasitəsilə yumurta yetişdiririk. Hər üç-dörd gündən bir onu müayinə edirik. Müalicə təqribən 12-13 gün davam edir. Folekullar yetişəndən sonra kəsik aparılmadan yumurtalar xüsusi iynə vasitəsilə toplanır. Eyni gün qadının həyat yoldaşı sperma analizi verir. Burada qadın və kişi hüceyrələri seçilir ,laboratoriyada mayalanma aparılır. Embrionlar əmələ gəlir. Bu embrionlar 3 gün inkubatorda saxlanır, izlənir. Daha sonra onlardan ən yaxşı ikisi seçilib uşaqlığa transfer edilir. Ümumi müalicə 15-16 gün çəkir. Süni mayalanma budur. Yalnız xüsusi hallar zamanı biz uşaqların cinsiyyətini müəyyən edirik".
Lamiyə bütün bu proseslərdən keçibmi?


Şərhlər